Bu gün səhər Xaçmaz-Quba yolunun 4-cü km-də tıxac yaranıb.
Bizim.Media-nın bölgə müxbiri xəbər verir ki, tıxac Xaçmazın Yergüc kəndindən keçən hissəsində baş verib.
Buna səbəb yük atomobilinin yolun hərəkət zolağında dayanaraq yolun bağlamasıdır.
Qeyd edək ki, bu zolaqdan ödənişli iki yol və ortasından ödənişsiz olan Quba-Xaçmaz yolu keçir.
Xaçmaz-Quba yolunun bu hissəsi Bakı-Rusiya sərhədi yolunun inşası zamanı dar tikilib. Bu da sürücülərin narazılığı ilə müşayiət olunur.
Bildirirlər ki, yolun bu hissəsində ağır tonnajlı maşın və kənd təsərrüfatı texnukası keçəndə ilişib qalır və tıxac yaranır.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Bizim.Media-ya məlumat verdi ki, qeyd olunan ərazidə iki tərəfli hərəkət zolağı təmin olunub və hərəkət zolaqları beynəlxalq standartlara tam uyuğundur.
Aytəkin Alxaslı, Bizim.Media, Şimal bürosu.
- A-
- A
- A+
Cəmiyyət
14:28 / 07.07.2023
Xaçmaz-Quba yolundakı böyük tıxacın səbəbi AÇIQLANDI - FOTO
Hazırda oxunan: Xaçmaz-Quba yolundakı böyük tıxacın səbəbi AÇIQLANDI - FOTO
Hazırda oxunan: Xaçmaz-Quba yolundakı böyük tıxacın səbəbi AÇIQLANDI - FOTO
145058
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.