2-ci Liqanın başlama tarixi AÇIQLANDI 

2-ci Liqanın başlama tarixi AÇIQLANDI 

Hazırda oxunan: 2-ci Liqanın başlama tarixi AÇIQLANDI 

145054

Futbol üzrə Azərbaycan 2-ci Liqasının başlanma tarixi müəyyənləşib.  

Bizim.Media xəbər verir ki, PFL bayrağı altında keçiriləcək bu çempionat sentyabrın 4-də start götürəcək.  

İlk tur iki gün ərzində - sentyabrın 4-5-i tarixlərində keçiriləcək.

İcraiyyə Komitəsi tərəfindən 16.06.2023-cü il tarixində verilən qərara uyğun olaraq, I Divizion və II Divizionda (yeni adları ilə 1-ci və 2-ci Liqa) çıxış etməsi nəzərdə tutulan komandalarla bağlı müvafiq yekun rəyin hazırlanması AFFA-nın baş katibliyinə və Peşəkar Futbol Liqasına həvalə olunduğundan bütün prosedurlardan sonra iştirakı rəsmən təsdiqlənəcək klublar çempionluq uğrunda 2 dövrə, 22 tur mübarizə aparacaqlar.  
Qeyd edək ki, 2-ci Liqa klublarında peşəkar və həvəskar futbolçuların birlikdə oynamasına şərait yaradılacaq. Bu klubların Azərbaycan Kuboku yarışlarında iştirakı nəzərdə tutulur. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO