Erməni qızı atasını buna görə öldürdü - Ağılasığmaz cinayətin izləri

Erməni qızı atasını buna görə öldürdü - Ağılasığmaz cinayətin izləri

Hazırda oxunan: Erməni qızı atasını buna görə öldürdü - Ağılasığmaz cinayətin izləri

14499

Mixail Xaçaturyanın qızları Angelina və Maria Rusiya Federasiyası Cinayət Məcəlləsinin 105-ci maddəsi - "Bir qrup şəxs tərəfindən əvvəlcədən sui-qəsdlə törədilmiş qətl" maddəsi ilə günahlandırılırlar. Onlar 2018-ci il iyul ayında atalarını öz evlərində öldürüblər.

Bizim.Media-nın xəbər verir ki, istintaq çox ciddi mətləbləri üzə çıxarıb. Məlum olub ki, 2015-ci ildən bəri o dövrdə yetkinlik yaşına çatmayan qızları dəfələrlə ataları M.Xaçaturyan tərəfindən fiziki, psixoloji və cinsi zorakılığa məruz qalıblar.

 

MÖVZU İLƏ BAĞLI:

Ermənistan prezidenti: “Qızlarımız ər tapmayacaq”


Bundan sonra seksual zorakılığına görə, qızları tərəfindən qətlə yetirilən erməni Mixail Xaçaturyan haqqında cinayət işi açılıb.

“russian.rt.com”-a yazır ki, bundan əvvəl onun ölümü ilə əlaqədar cinayət işinin başlanılması rədd edilmişdi, çünki buna onun yaxınları icazə verməli idi.İstintaq Komitəsi M.Xaçaturyana qarşı üç maddə ilə cinayət işi açıb. Bu barədə RİA Novosti prosesdə iştirak edən bir vəkilə istinadla xəbər verib.

“Xaçaturyana qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin 132-ci maddəsi "Cinsi xarakterli zorakı hərəkətlər",“Cinsi xarakterli hərəkətlərə məcbur etmə” və "İşgəncə" üzrə iş açılıb”.

Xatırladaq ki, Xaçaturyan kriminal avtoritet olub. O, uzun illər əvvəl həyat yoldaşı ilə boşanıb. 57 yaşlı kişi qonşuları tərəfindən aqressiv və qeyri adekvat hərəkətləri ilə tanınıb. Hətta bir dəfə o, mübahisə zamanı qonşusuna pnevmatik silahla atəş açıb.

Qonşular da Xaçturyanın qızlarına qarşı törətdiyi cinayətləri təsdiq ediblər. Pedofil ata öz doğma qızlarına qarşı ənənəvi və qeyr-ənənəvi seksual zorakılıqlar törətdiyi üzə çıxıb.

Vüsalə Balayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO