Bərdədə əlil arabasındakı şəxsi maşın vurub öldürdü

Bərdədə əlil arabasındakı şəxsi maşın vurub öldürdü

Hazırda oxunan: Bərdədə əlil arabasındakı şəxsi maşın vurub öldürdü

144974

Bərdədə baş verən yol qəzasında 1 nəfərin ölüb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, hadisə Yevlax -Bərdə magistralının rayonun Cəyirli kəndindən keçən hissəsində qeydə alınıb.  

Şahidlərin sözlərinə görə, "KamAZ" markalı yük maşını əlil arabası ilə yolu keçmək istəyən Hüseyn adlı şəxsi vuraraq əks istiqamətdə hərəkətdə olan "VAZ-2107" markalı avtomobilin üzərinə atıb.  

Əlil arabasında olan şəxs aldığı ağır bədən xəsarətlərindən elə yerindəcə keçinib. 

Qəzadan sonra "KamAZ"ın sürücüsünün hadisə yerindən qaçdığı deyilir. 

Faktla bağlı araşdırma başlayıb.  

Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO