Zaxarova: \

Zaxarova: \"Makron Qarabağ məsələsi ilə bağlı pafosla danışır\"

Hazırda oxunan: Zaxarova: \"Makron Qarabağ məsələsi ilə bağlı pafosla danışır\"

144905

Fransa prezidenti Emmanuel Makronun Qarabağ nizamlanmasındakı rolu ilə bağlı bəyanatları heç bir nəticə vermir.

Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinq zamanı bildirib.

Onun sözlərinə görə, Makron iyunun 28-də Marsel şəhərində Qarabağ məsələsində yeganə dəqiq mövqeyə malik olduğunu, təkbaşına bu mövzunu dünya birliyinin gündəmində saxladığını vurğulayıb.

“Belə bəyanatlardan sonra insanda belə bir təəssürat yaranır ki, prezident Makronun təvazökarlığı kişiliyindən geri qalır. Biz, əlbəttə Fransa prezidentinin bu xüsusiyyətlərinə təəccüblənmirik.  O, Qarabağ nizamlanması ilə bağlı məsələlərdə öz rolundan pafosla danışır”, - Zaxarova bildirib.

Rusiyalı diplomat əlavə edib ki, Makron "belə səmərəli işin" praktiki nəticələri barədə heç nə deməyib:

"Çünki heç bir nəticə əldə etməyib. O, ümumiyyətlə üzərinə götürdüyü bir çox başqa işləri də sona çatdırmır.

Moskvada çoxdan Fransanın Qarabağın mürəkkəb problemlərinin həllinə töhfə verə biləcəyi ilə bağlı heç bir illüziya yoxdur".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO