Astarada FACİƏ: Ər arvadını öldürdü, qayınanasını xəstəxanalıq etdi

Astarada FACİƏ: Ər arvadını öldürdü, qayınanasını xəstəxanalıq etdi

Hazırda oxunan: Astarada FACİƏ: Ər arvadını öldürdü, qayınanasını xəstəxanalıq etdi

144748

Xəbər verildiyi kimi martın 18-i yaşadıqları evdə Astara rayon Şiyəkəran kənd sakinləri 1995-ci il təvəllüdlü Əfsanə Ramazanovanın öldürülməsi, onun anası 1970-ci il təvəllüdlü Sevda Ramazanovaya isə xəsarət yetirilməsi faktı üzrə rayon prokurorluğunda başlanmış cinayət işinin istintaqı tamamlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Astara rayon prokurorluğu yayıb.

İstintaqla 1991-ci il təvəllüdlü Fərmayil Əliyevin bıçaqla çoxsaylı xəsarətlər yetirməklə arvadı Əfsanə Ramazanovanı öldürməsi, bundan sonra qayınanası Sevda Ramazanovaya xəsarətlər yetirməklə öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Fərmayil Əliyevə Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə) və 29, 120.2.7-ci (iki şəxsi qəsdən öldürməyə cəhd) maddələrilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilib.
Cinayət işi baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO