Bakıdakı köhnə avtobuslar yeniləri ilə ƏVƏZ OLUNUR? – RƏSMİ AÇIQLAMA

Bakıdakı köhnə avtobuslar yeniləri ilə ƏVƏZ OLUNUR? – RƏSMİ AÇIQLAMA

Hazırda oxunan: Bakıdakı köhnə avtobuslar yeniləri ilə ƏVƏZ OLUNUR? – RƏSMİ AÇIQLAMA

144733

Təəssüf ki, hələ də paytaxtımızda köhnə avotbusların sayı kifayət qədərdir. Xüsusilə də, şəhərətrafı kənd və qəsəbələrə işləyən marşrut xətlərində bu cür avtobuslara daha çox rast gəlinir.

Onlardan əksəriyyəti artıq istismar müddətini başa vursa da, hələ də yollarda hərəkət etməyə davam edir. İsti yay günlərində həmin nəqliyyat vasitələri ilə hərəkət etmək isə sərnişinlər üçün işgəncəyə çevrilir.  
 

MÖVZU İLƏ BAĞLI:

“Daşıyıcı şirkətlər ziyanla işləyir” – Avtobuslarda gedişahaqqı yenidən artırılır?


Məsələn, 33, 56, 46 və bir sıra digər marşrutlar üzrə hərəkət edən avtobuslarda oxşar vəziyyət hökm sürür. 

Sərnişinləri isə bir sual maraqlandırır:

Köhnə avtobuslar nə zaman yeniləri ilə əvəz olunacaqlar?

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən Bizim.Media-ya verilən məlumata görə proses müsabiqə vasitəsilə həyata keçirildiyinə görə köhnə avtobusların yenisi ilə əvəzlənməsi hissə-hissə icra edilir:

“Müntəzəm marşrut xətləri üzrə avtobusların yenilənməsi davamlı olaraq aparılan prosesdir. Proses qanunvericiliyin tələbinə uyğun müsabiqə yolu ilə həyata keçirilir. Təkcə son 8 ayda 7 müntəzəm marşrut xətti üzrə 100-dən artıq avtobus yenilənib. Ən son iyun ayında 172 nömrəli xətt üzrə avtobuslar BakuBus MMC-yə məxsus müasir nəqliyyat vasitələrilə əvəz edilib. Müsabiqələr davam etdiriləcək”.

Röyanə Oğuz, Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO