“Səbail”in yeni icraçı direktoru TƏSDİQLƏNDİ 

“Səbail”in yeni icraçı direktoru TƏSDİQLƏNDİ 

Hazırda oxunan: “Səbail”in yeni icraçı direktoru TƏSDİQLƏNDİ 

144671

“Səbail” Peşəkar Futbol Klubunun rəhbərliyi ilə klub üzvlərinin iclası keçirilib. 

Bizim.Media xəbər verir ki, bu barədə Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin (ASCO) mətbuat xidməti məlumat yayıb.  

Toplantıda növbəti mövsümün hazırlığı ilə bağlı məsələlər müzakirə olunub. ASCO-nun idarə heyətinin və “Səbail”in Müşahidə Şurasınn sədri Rauf Vəliyev klubun sabiq icraçı direktoru Fərəc Əliyevə göstərdiyi fəaliyyətə görə təşəkkür edib.  

Daha sonra klubun Müşahidə Şurasının üzvü Firuz Abdullanın icraçı direktor təyin olunması ilə bağlı kollektivə məlumat verilib. Yeni icraçı direktora işində uğurlar arzulanıb.  

Qeyd edək ki, Firuz Abdulla 2017-ci ildən AFFA-nın mətbuat xidmətinin rəhbəridir. Onun bundan sonra həmin vəzifədən ayrılacağı gözlənilir. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO