Zəlzələ bildirişi “İphone”lara niyə gəlmədi? – AÇIQLAMA 

Zəlzələ bildirişi “İphone”lara niyə gəlmədi? – AÇIQLAMA 

Hazırda oxunan: Zəlzələ bildirişi “İphone”lara niyə gəlmədi? – AÇIQLAMA 

144654

Ötən gün Xəzər dənizində baş vermiş zəlzələ əhali arasında xeyli həyacan yaşatdı. Bu həyacanın tonunu bir qədər də telefonlara gələn mesajlar qaldırdı. Bildiyimiz kimi praktikada belə hal mövcuddur ki, zəlzələ baş verən anda telefonlara mesaj daxil olur. 

Lakin, iyulun 4-də baş verən zəlzələ ilə bağlı bir çox telefonlara mesaj gəlməyib. Xəbərdarlıq almayan telefon sahibləri isə əsasən “İphone” istifadəçiləri olub. 

Bəs, dünyanın ən prestijli telefonunun isdifadəçiləri niyə bu imkandan məhrumdur? Androidə gələn zəlzələ bildirişlərinin İOS telefonlarına gəlməməsi “İphone”un ölkəmizdəki imicinə və ya satışına zərər vura bilərmi?

Məsələ ilə bağlı İT mütəxəssisi Elvin Abbasovun fikirlərini öyrəndik. Bizim.Media-ya açıqlamasında o bildirdi ki, bu məsələ seçim məsələsidir:

“Bu şirkətlərin satış strategiyasına aid bir məsələdir. Bildiyim qədər İphone Azərbaycanda bu xidməti göstərmir. Amma androiddə bu xidmət açıqdır. “Google” bu xidməti Beynəlxalq Seysmologiya Mərkəzi ilə birgə göstərir. Təbii ki, bütün ölkələrin seysmologiya mərkəzləri Beynəlxalq Seysmologiya Mərkəzi ilə əlaqəli şəkildə işləyir.

Ona görə də yerli seysmologiya mərkəzinə daxil olan informasiya anındaca BSM-ə də ötürülür. Və “Google BSM” ilə tərəfdaşlıq etdiyi üçün zəlzələ xəbərlərini şirkət özünün xidmət siyahısına daxil edib. 

Google də sosial xidmət kimi zəlzələ ilə bağlı xəbərləri android telefonlara verir. Androidlərdə də kim bildirişi açırsa, bu xidmətdən yararlanır. Amma androiddən başqa digər mobil əməliyyat sistemləri Azərbaycanda bu xidməti açıq elan etməyiblər. O cümlədən də “İphone” ölkəmizdə bu xidməti göstərmir”.

Surxay Atakişiyev, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO