Fransada saxlanılan etirazçıların sayı 3 mini keçdi

Fransada saxlanılan etirazçıların sayı 3 mini keçdi

Hazırda oxunan: Fransada saxlanılan etirazçıların sayı 3 mini keçdi

144601

Fransada altı gündür davam edən etirazlarda saxlanılan şəxslərin sayı açıqlanıb.

Bizim.Media xəbər verir ki, bu barədə BFMTV kanalı məlumat yayıb.

Kanalın məlumatına görə, polis 1124-ü azyaşlı olmaqla 3625 etirazçını saxlayıb.

Bu günə kimi 380 nəfər azadlıqdan məhrum etmə cəzasına məhkum edilib, lakin bu, yekun rəqəm deyil.

Qeyd edək ki, Fransada etirazlar iyunun 27-də axşam saatlarında Paris ətrafında 17 yaşlı yeniyetmənin polis tərəfindən öldürülməsindən sonra başlayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO