“Oğlan uşaqları azaddır. Onlar cinsi həyatlarını yaşa bilirlər. Amma qız uşaqlarına ciddi bir qadağa, fərqli münasibət var. Təsəvvür edin, vətəndaş nikahı ilə yaşayan, münasibətdə olan qıza mentalitet tərəfdən necə yanaşırlar. Bunu gətirib əxlaq tərəfinə bağlayacaqlar. Amma bunun fiziki, tibbi tərəfləri var. Nə qədər doğrudur?
Bizim də valideyn kimi qadağalarımız və olmazlarımız var. Mən də övladımı elə böyüdürəm, amma gəlin bunu açıq düşüncə ilə müzakirə edək. Biz sərhədləri aşırıq, təhsil, geyim və sairə... Məsələn qızların qaş alma prosesi 5-10 ildir ki, aradan qaldırılıb. Məktəb vaxtımızda bığlı, saqqallı gəzirdik”.
Bizim.Media xəbər verir ki, bu sözləri Rövşanə Ağasəfqızı aparıcısı olduğu “Qarşı-qarşıya” ictimai-sosial verilişdə deyib.
Qızlara qoyulan qadağalardan söz açan televiziya ulduzu bildirib ki, cəmiyyətdə ailə qurmazdan əvvəl kişi ilə münasibətdə olan qadınlara əxlaqsız kimi baxır:
“30 yaşlı qız ailə həyatı qurmayıb, nə etməlidir? Qızın bu yaşda uşaq dünyaya gətirmə istəyi belə dəhşət qarşılanır. Toy etməmisən, necə uşaq dünyaya gətirə bilərsən? Yalandan get toy et, birini gətir otuzdur yanında. Oğlan uşağı azaddır. Qız bu cür addım atsa, gizlin etməlidir. Açıq-aşkar etsə, gətirib əxlaqa bağlayacaqlar. 30 yaşı var, qadın addım atsa, cəmiyyət daşlayacaq.
25-30 yaşındakı bir qadın ailə qurmayıbsa, qadının dünyaya uşaq gətirməsi, kiminləsə münasibət qurması olmaz. Ailə qurmaq asandırmı? Bəzən yalandan don geyindiririk. Öz həyatını yaşayanlar var. “El-aləm nə deyər” düşüncəsi ilə gizli edilir.
Min hoqqadan çıxıb, sonra belinə qırmızı bağlayıb gəlin kürsüsündə oturanlar var. Bu yalanı niyə sırıyırıq axı insanlara? Cəmiyyətdə qadına çox sayda basqılar var. Kişinin problemindən amma danışmırlar”.
- A-
- A
- A+
Şoutaym
15:40 / 04.07.2023
Rövşanə: “Min hoqqadan çıxıb gəlin kürsüsündə oturanlar var” - VİDEO
Hazırda oxunan: Rövşanə: “Min hoqqadan çıxıb gəlin kürsüsündə oturanlar var” - VİDEO
Hazırda oxunan: Rövşanə: “Min hoqqadan çıxıb gəlin kürsüsündə oturanlar var” - VİDEO
144510
Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.