İranın İsfahan şəhərində görmə qabiliyyəti olmayan qız imtahandan xaric edilib.
Bizim.Media xəbər verir ki, bu barədə "Azad İran" teleqram kanalında məlumat verilib.
Bildirilib ki, görmə məhdudiyyətli qız dövlət imtahanından xaric edilib. Buna səbəb isə onun Təhsil Şöbəsi tərəfindən nəzarətçi ilə təmin olunmamasıdır.
Şikayətçi tərəf bu məsələdə Təhsil Şöbəsinin müdirini günahlandırır. Həmçinin məsələyə laqeyd yanaşdığına görə yuxarı rəhbərliyi qınayıb.
Bizim.Media