Şəkinin qardaşlaşdığı şəhərlərin sayı 13-ə ÇATDI - FOTO 

Şəkinin qardaşlaşdığı şəhərlərin sayı 13-ə ÇATDI - FOTO 

Hazırda oxunan: Şəkinin qardaşlaşdığı şəhərlərin sayı 13-ə ÇATDI - FOTO 

144397

Bu gün Şəki ilə Çin Xalq Respublikasının Lianşan vilayəti arasında qardaşlaşma haqqında memorandum imzalanıb.  

Bizim.Media-nın yerli bürosu xəbər verir ki, qonaqları qarşılayan Şəki Şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov qonaqlara Azərbaycanın bu qədim şəhərinin mədəniyyəti, iqtisadiyyatı, kənd təsərrüfatı, ipəkçilik ənənələri, turizm imkanları barədə məlumat verib.  

İyulun 7-də Şəkinin 2711 illiyinin qeyd ediləcəyini diqqətə çatdıran şəhər rəhbərliyi ki, bildirib ki, bu gün başlayan Şəki “İpək Yolu” XII Beynəlxalq Musiqi Festivalında Çin Xalq Respublikasının musiqi kollektivi də iştirak edir. Lianşandan gələn nümayəndə heyətinin rəhbəri Huang Yuchao səmimi qonaqpərvərliyə görə şəhər rəhbərliyinə minnətdarlığını bildirib.  

Bildirilib ki, Lianşan Çinin Yi adlanan etnik qrupunun məskunlaşdığı ən böyük hissəsidir. Əhalisi 5 milyon nəfərə yaxındır. Lianşan Çində təbii sərvətlərlə zəngin tanınmış ərazidir.

İmzalanma mərasimi başa çatdıqdan sonra hər iki şəhərin rəhbərliyi adından qarşılıqlı şəkildə xatirə hədiyyələri təqdim olunub.  

Tural Rasim oğlu, Bizim.Media, Şimal-Qərb bürosu

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO