“Bu həftə Fransa və Azərbaycan arasında siyasi fikir ayrılıqlarının yeni mərhələsi oldu. Bildiyimiz kimi Fransa prezidenti Emmanuel Makron Marseldə erməni icması ilə görüşdü. Bu görüşdə o erməni diasporuna yeni vədlər verdi. Makron qeyd etdi ki, o, hər vasitə ilə Azərbaycan Prezidentinə təzyiq edir. Bununla paralel Fransa lideri etiraf edib ki, Laçın dəhlizi məsələsində o acizdir. Bu dəhliz məsələsi İlham Əliyevlə Nikol Paşinyan arasında olan məsələdir. Bununla da Emmanuel Makron hər kəsi, eləcə də Rusiyalı politoloqları xeyli təəccübləndirdi”.
Bizim.Media xəbər verir ki, bu fikirləri Rusiyanın məşhur “Diqqət mərkəzində” verilişinin müəllifi və aparıcısı Andrey Şlyapnikov deyib.
MÖVZU İLƏ BAĞLI:
Makron kabinet üzvlərinə hansı tapşırığı verdi - Fransada nə baş verir?
O bildirib ki, Makron bu gün öz ölkəsində baş verən iğtişaşlar haqqında düşünmək əvəzinə “uzaqgörən” Cənubi Qafqaz siyasəti yürütmək istəyir:
“Mən Əliyevə Paşinyanın özündən çox təzyiq göstərəcəyəm. Qarabağla və bütövlükdə Ermənistanla bağlı qətiyyətimə şübhə etməyin”-deyən Makronun davranışları xeyli təəccüb doğurur. Prezident Makronun açıqlaması bir daha onu göstərir ki, o, erməni lobbisinin əlində alətdir.
Çox təəccüblüdür ki, Fransa bir tərəfdən Ermənistanla Azərbaycan arasındakı danışıqlar prosesinin bir parçası olmaq istəyir. Bununla paralel, Makron verdiyi bəyanatlarla ermənilərin özündən də çox erməni olmaq niyyətini ortaya qoyur.
Bu məqamda Makron daha çox Paşinyana oxşayır. Çünki, o da eyni vaxtda iki stulda oturmağa çalışır. Paşinyan sözdə sülh istəyir, amma ölkə daxilində elektoratı qıcıqlandırmamaq üçün bəzən bu barışığa yaramayan bəyanatlar verir. Makron da ermənipərəst bəyanatlar verir, sonra da Ərdoğana yalvarır”
Andrey Şlyapnikov daha sonra qeyd edib ki, Türkiyə prezidenti açıq şəkildə Azərbaycanı dəstəkləyir və buna görə də rəsmi vasitəçi olmağa çalışmır:
“Baxmayaraq ki, Ötən il Praqada Ərdoğan, Əliyev və Paşinyan arasında baş tutan ayaqüstü söhbət bir vaxtlar bütün Avropa sammitinə kölgə salmışdı. Makron Ermənistanı açıq şəkildə dəstəkləmək və həm də Avropadan danışıqlar aparan institutun başında olmaq istəyir. Amma Azərbaycan bu cür hiylələrin heç bir nəticə verməyəcəyini dəfələrlə açıqlayıb.
Bakı anti-Azərbaycan qətnamələrini unutmayıb. Və hər hansı bir hadisə indi ağrılı şəkildə ortaya çıxır.
Məsələn, Marseldə “AzTV” kanalının çəkiliş qrupuna hücum çəkən naməlum şəxslər jurnalistlərin kamerasını götürərək bir addım belə yaxınlaşsalar, onları yerindəcə cəzalandıracaqları ilə hədələyiblər. Çox güman ki, bu, qanqster hiyləsidir. Bütün bunlarsa onu göstərir ki, Makron Qarabağ uğrunda “müharibəni” İlham Əliyevə uduzacaq”.
Surxay Atakişiyev, Bizim.Media