“Qarabağ” “Samsunspor”un hücumçusu ilə maraqlanır  

“Qarabağ” “Samsunspor”un hücumçusu ilə maraqlanır  

Hazırda oxunan: “Qarabağ” “Samsunspor”un hücumçusu ilə maraqlanır  

144338

"Qarabağ" transfer çalışmalarını davam etdirir.  

Bizim.Media xəbər verir ki, Ağdam klubunun növbəti transferi Türkiyədən ola bilər.  

Azərbaycan çempionu "Samsunspor"un hücumçusu Ahmet Saqatla maraqlanır. Türkiyə klubu ilə müqaviləsi 2025-ci il iyunun 30-da başa çatacaq forvarda təklif göndərən komandalardan biri "Qarabağ"dır.
Onun Ağdam klubuna keçib-keçməyəcəyi yaxın günlərdə dəqiqləşəcək.  

Qeyd edək ki, "Tennis Borussiya Berlin" klubunun yetirməsi olan oyunçu “Optik”, “Dinamo Drezden”, “Berliner”, “Babelsberq”, “Koblents”, “Menemenspor”da oynadıqdan sonra 2022-ci ildə “Samsunspor”a keçib. Forvard ötən mövsüm 28 oyuna 9 qol vurmağı bacarıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO