POLİTOLOQ: “Paşinyan hakimiyyəti cəsədləri geri götürdüyü təqdirdə ölkədə xaos yaranmasından qorxur”

POLİTOLOQ: “Paşinyan hakimiyyəti cəsədləri geri götürdüyü təqdirdə ölkədə xaos yaranmasından qorxur”

Hazırda oxunan: POLİTOLOQ: “Paşinyan hakimiyyəti cəsədləri geri götürdüyü təqdirdə ölkədə xaos yaranmasından qorxur”

1443

Əvəz Həsənov: “Paşinyan hakimiyyəti hərbə cəlb etməyə adam tapmır, ölüləri geri götürsə ölü sayı ölkədə xaos yarada bilər”.

"Sağ olsun Azərbaycan əsgərləri bizi xilas edərək Bakıya gətirdilər. Hazırda Bakıda hospitalda müalicə olunuram. Bizə burada yaxşı baxırlar. İnanıram ki, hər iki xalq əvvəlki kimi Dağlıq Qarabağ ərazisində sülh şəraitində yaşaya bilərlər".

Hadrutda erməni hərbçilərinin atıb getdiyi 85 yaşlı Babayan Yevqeniya Pavlovna deyib bu sözləri. Hazırda o, 1935-ci il təvəlüdlü Melkumyan Mişa Merlandoviçlə birlikdə dövlətimizin qayğısı ilə əhatələnib.

Azərbaycan tərəfi humanist addım ataraq onları Ermənistana qaytarmaq üçün çağırışlar etsə də qarşı tərəfdən səs çıxmır. Ermənistan nə vətəndaşlarına, nə hərbi əsirlərinə, nə də ki, döyüş meydanlarında qoyub qaçdığı ölülərinə sahib çıxmaq fikrində deyil.

"Humanitar Tədqiqatlar" İctimai Birliyinin sədri Əvəz Həsənov bunu, Ermənistan tərəfinin qeyri humanist hərəkətlərini ölkənin müharibə aparmağa, onun qaydalarına əməl etməyə qadir olmadığı ilə əsaslandırır:

“Ermənilər qeyd-şərtsiz iki vətəndaşına sahib çıxmalı, meyitləri isə geri götürməlidir. Onlar ona görə bunu etmirlər ki, Azərbaycanın humanist imicini təsdiqləməsinlər. Digər bir səbəb isə Ermənistanda yaşanan müharibə ajiotajıdır. Paşiniyan hakimiyyəti hərbə cəlb etməyə adam tapmır, ölüləri geri götürsə ölü sayı ölkədə xaos yarada bilər. Amma bunu uzun müddət gizlədə bilməyəcəklər”.

Əvəz Həsənov hesab edir ki, bu köməksiz qocalar təbii olaraq bir müddət burda qalacaqlar, hökumətdən xəbər çıxmasa, ən azı qohumları onları axtarıb tapmalı, sahiblənməlidirlər. Döyüşdə həlak olanların cəsədlər isə mütləq geri götürməlidir”.

Gülşanə Mustafayeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO