“Barselona” türkiyəli gənc futbolçu ilə anlaşdı

“Barselona” türkiyəli gənc futbolçu ilə anlaşdı

Hazırda oxunan: “Barselona” türkiyəli gənc futbolçu ilə anlaşdı

144157

“Barselona” futbol klubu Arda Gülər ilə anlaşıb. Kataloniyalılar “Fənərbağça”ya iki dəfəyə təxminən 20-25 milyon avro ödəyəcək.

Bizim.Media “sports.ru” nəşrinə istinadən xəbər verir ki, futbolçunun müqaviləsində üç vacib müddəa olacaq.

“Barsa” 18 yaşlı futbolçunun ən azı 20 əsas komanda matçında heyətdə olacağına zəmanət verəcək. 2023/24 mövsümünün sonuna kimi Arda “Fənərbağça”da qalacaq. Kataloniyalılar ona qarşıdakı mövsüm üçün tam məvacib verəcək.
Deku artıq Türkiyəyə səfər edib və orada gənc futbolçunun təmsilçilərilə danışıqlar aparır. “Barsa” tərəfi gələn həftə müqaviləni bağlamağa ümid edir.

Qeyd edək ki, ötən mövsüm türkiyəli yarımmüdafiəçi “Fənərbağça”nın heyətində bütün yarışlarda 6 qol vurub və 7 məhsuldar ötürmə edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO