XİN Fransadakı iğtişaşlarla əlaqədar Azərbaycan vətəndaşlarına müraciət etdi

XİN Fransadakı iğtişaşlarla əlaqədar Azərbaycan vətəndaşlarına müraciət etdi

Hazırda oxunan: XİN Fransadakı iğtişaşlarla əlaqədar Azərbaycan vətəndaşlarına müraciət etdi

144086

Azərbaycanın Xarici İşlər Nazirliyi (XİN) Fransada iğtişaşlarla bağlı ölkəmizin vətəndaşlarına xəbərdalıq edib.

Bu barədə Bizim.Media-ya XİN-dən bildirilib.

"Fransada Əlcəzair əsilli yeniyetmənin polis tərəfindən qəddarcasına öldürülməsi nəticəsində baş verən iğtişaşları, polis tərəfindən kütləvi zorakılığı, vətəndaş itaətsizliyini, hakimiyyət orqanları tərəfindən adekvat addım atmaq qabiliyyətinin olmamasını, irqçi təmayüllü tendensiyaların daha da güclənməsini nəzərə alaraq, Azərbaycan Respublikası vətəndaşlarının zəruri olmadığı təqdirdə Fransa Respublikasına səfərdən çəkinmələri, səfər edənlərin isə yüksək ehtiyatlılıq nümayiş etdirmələri tövsiyə olunur.

Hazırda Fransada olan Azərbaycan Respublikası vətəndaşlarından mühafizə və təhlükəsizlik qaydalarına riayət etmələri xahiş olunur", - nazirlikdən bildirilib.

Fransadakı vətəndaşlarımızın konsulluq və digər müraciətləri üçün Azərbaycan Respublikasının Fransadakı Səfirliyi ilə aşağıdakı vasitələrlə əlaqə saxlamaları xahiş olunur:

ÜNVAN: 78, avenue d'Iéna Paris 75116

TEL: +33 (0) 1 44 18 60 20

FAKS: +33 (0) 1 44 18 60 25

E-MAIL: [email protected]

[email protected]

Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO