Ağstafada toydan qayıdanlar qəzaya DÜŞDÜ: Ölən var

Ağstafada toydan qayıdanlar qəzaya DÜŞDÜ: Ölən var

Hazırda oxunan: Ağstafada toydan qayıdanlar qəzaya DÜŞDÜ: Ölən var

143963

Bakı-Qazax magistral yolunun Ağstafa rayonundan keçən hissəsində ağır yol-nəqliyyat hadisəsi baş verib.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Qırılı kəndindən keçən hissəsində hərəkətdə olan "Daewo" markalı avtobusla VAZ markalı minik avtomobili toqquşubTovuz rayon Cəlilli kənd sakini, 1970-ci il təvəllüdlü Abbasova Səringül İsfəndiyar qızı hadisə yerində dünyasını dəyişib.

Daha 3 nəfər, Tovuz rayon Cəlilli kənd sakinləri, 1969-cu il təvəllüdlü Bəsdi Firqələr qızı Məmmədova, 1969-cu il təvəllüdlü Məmmədov Saxavət İsfəndiyar oğlu və 1993-cü il təvəllüdlü Məmmədov Fuad Sübhan oğlu müxtəlif bədən xəsarətləri alıb və xəstəxanaya yerləşdiriliblər.
İlkin məlumata görə, onlar Ağstafadan toydan qayıdarkən qəzaya düşüblər.

Faktla bağlı araşdırma aparılır.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO