Kikboksçumuz YARIMFİNALDA - Avropa Oyunları

Kikboksçumuz YARIMFİNALDA - Avropa Oyunları

Hazırda oxunan: Kikboksçumuz YARIMFİNALDA - Avropa Oyunları

143955

Azərbaycan kikboksçusu Elşad Şahbazov Polşada keçirilən 3-cü Avropa Oyunlarında mübarizəni dayandırıb. 

Bizim.Media xəbər verir ki, 80 kq-da çıxış edən idmançı 1/4 finalda ukraynalı Artyom Melnikə 0:3 hesabı ilə uduzub. 

Azərbaycanın digər kikboksçusu Fərid Ağamoğlanov da bu gün Polşada ilk döyüşünü keçirib. 63.5 kq-da “full-contact” növündə mübarizə aparan idmançımız 1/4 finalda slovakiyalı Filip Barakla qarşılaşıb. Rəqibinə 3:0 hesabı ilə qalib gələn Ağamoğlanov yarımfinala yüksəlib və ən azı bürünc medalı təmin edib.
Ağamoğlanov iyulun 1-də norveçli Milton Ameriko Barrios Qalaretta ilə yarımfinal görüşünə çıxacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO