Gədəbəydə 76 yaşlı kişinin meyiti TAPILDI 

Gədəbəydə 76 yaşlı kişinin meyiti TAPILDI 

Hazırda oxunan: Gədəbəydə 76 yaşlı kişinin meyiti TAPILDI 

143944

Gədəbəy rayonunda yerləşən çayda yaşlı kişi meyiti tapılıb.

Bizim.Media-nın yerli bürosunun məlumatına görə, rayonun Qaramurad kəndindən keçən çayda 1947-ci il təvəllüdlü, Gəncə şəhər sakini, Tofiq Məhəmməd oğlu Səfərov meyiti aşkarlanıb. 

76 yaşlı kişinin hansı şəraitdə öldüyü hələlik məlum deyil. Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub.
Faktla bağlı araşdırma aparılır.

Ölüm hadisəsi ilə bağlı ilkin versiyaya görə, T.Səfərov rayonun Kiçik Qaramuradlı kəndində əlini yuyarkən çaya düşdüyü ehtimal olunur.

76 yaşlı mərhum Gəncədən Gədəbəy rayonuna qonaq gedibmiş.

Məqsəd Rəhimov, Bizim.Media, Qərb bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO