Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırılıb

Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırılıb

Hazırda oxunan: Bakı-Naxçıvan təyyarə reyslərinin sayı artırılıb

143902

"Azərbaycan Hava Yolları" QSC (AZAL) sərnişinlərin artan tələbatına cavab olaraq Bakı-Naxçıvan-Bakı marşrutu üzrə gündəlik reyslərin sayını 10-dan 12-yə çatdırıb.

Bu barədə Bizim.Media-ya qurumdan məlumat verilib.

Bildirlib ki, AZAL sərnişinlərin Bakı-Naxçıvan arasında reyslərə olan tələbatını tam ödəyir: "Bu istiqamətdə heç bir sərnişin biletsiz qalmayıb".

Qeyd edək ki, bu marşrut üzrə gündəlik 11-12 reys həyata keçirilir. Bu da sərnişinlərə səfərlərin planlaşdırılmasında rahatlıq və ən əlverişli uçuş vaxtını seçmək imkanı yaradır. Məsələn, iyulun 1-də 12, iyulun 2-də isə 11 reysin həyata keçirilməsi nəzərdə tutulub.

Uçuşların sayının artması ilə əlaqədar biletlərin mövcudluğu tam təmin olunduğundan sərnişinlərin aviabilet almaq üçün AZAL-ın kassalarının qarşısında növbəyə durmağa ehtiyac qalmayıb.
Xatırladaq ki, hazırda Bakı-Naxçıvan və Naxçıvan-Bakı istiqamətlərində Azərbaycan vətəndaşları üçün 60 manat, xarici ölkə vətəndaşları üçün isə 70 manat təşkil edir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO