"Vaqner"in qiyamı Rusiyadakı sabitliyə təsir etməyib" - Sergey Lavrov

Hazırda oxunan: "Vaqner"in qiyamı Rusiyadakı sabitliyə təsir etməyib" - Sergey Lavrov

143875

““Vaqner” Xüsusi Hərbi Şirkətinin silahlı qiyamı Rusiyadakı sabitliyə təsir etməyib”.

Bizim.Media xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov bu gün keçirdiyi brifinqdə deyib.

Onun sözlərinə görə  Qərbdə kiminsə Rusiyadakı sabitliyə şübhəsi varsa, bu, onların öz problemidir:

“Qərb Rusiyanın milli maraqlarından narahat olmasın. Biz bütün çətinliklərdən əvvəlkinə nisbətən daha güclü çıxmışıq”.

Lavrov Rusiyada bir çox Qərb liderlərinin adekvatlılığına dair ciddi şübhələrin olduğunu qeud edib. 

Xatırladaq ki, iyunun 24-də “Vaqner” Xüsusi Hərbi Şirkətinin başçısı Yevgeni Priqojin Rusiya hərbçilərinin “Vaqner” muzdlu hərbi təşkilatının arxa düşərgələrinə raket zərbələri endirdiyini, bir çox döyüşçünün öldüyünü açıqlayıb. O, bundan sonra Rusiyada qiyama başlayıb.
Daha sonra V.Priqojinlə Belarus Prezidenti Aleksanr Lukaşenko arasında telefon danışığı olub və “Vaqner” rəhbəri geri çəkildiyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO