Azərbaycan illərdir ki, rusiyalı turistlər arasında populyar məkana çevrilir.
Bizim.Media xəbər verir ki, bu barədə Ostrovok.ru məlumat yayıb. Məlumatda deyilir ki, Azərbaycanda istirahət etmək istəyən rusiyalı turistlərin sayı xeyli artıb.
MÖVZU İLƏ BAĞLI:
Bayram günlərində rayon marşrutlarında XAOS YAŞANACAQ? – AÇIQLAMA
Belə ki, Azərbaycanın turist bazarlarına tələbat son bir ildə ən azı 4 dəfə artıb. İkinci yerdə Gürcüstan dayanır. Bu ölkədə istirahət etmək istəyənlərin sayı 2 dəfə çoxalıb.
Tədqiqatçılar yazır ki, xarici mehmanxana sifarişlərinin ümumi sayının 51%-i postsovet ölkələrinin payına düşüb. Yerdə qalan rezervasiyaların təxminən 18%-i Türkiyə, Birləşmiş Ərəb Əmirlikləri və Misir tərəfindən götürülüb.
Avropada bayramların payı il ərzində əhəmiyyətli dərəcədə azalıb. Bu rəqəm keçən il 24%-dən bu il 16%-ə düşüb. Eyni zamanda, ruslarən bir qismi hələ də səyahət üçün İtaliya, İspaniya və Fransaya üz tutur.
Surxay Atakişiyev, Bizim.Media