Ombudsmandan Fransaya ÇAĞIRIŞ:

Ombudsmandan Fransaya ÇAĞIRIŞ: "Jurnalistlərə hücuma görə təcili tədbirlər..."

Hazırda oxunan: Ombudsmandan Fransaya ÇAĞIRIŞ: "Jurnalistlərə hücuma görə təcili tədbirlər..."

143800

Azərbaycanın İnsan Hüquqları üzrə Müvvəkili (Ombudsman) Səbinə Əliyeva Fransa hökumətini AzTV əməkdaşlarına hücuma görə təcili tədbirlər görməyə çağırıb.

Bizim.Media xəbər verir ki, o, bu barədə tviter hesabında yazıb.
 

MÖVZU İLƏ BAĞLI:

Fransada AzTV əməkdaşlarına HÜCUM: Yaralananlar var - VİDEO


"Biz Fransada azərbaycanlı jurnalistlərə qarşı iyrənc hücumu qətiyyətlə pisləyirik. Biz Fransa dövlət orqanlarını cinayətkarları cinayət məsuliyyətinə cəlb etmək üçün təcili tədbirlər görməyə çağırırıq", - Ombudsman qeyd edib.

Qeyd edək ki, AzTV-nin Fransada çəkiliş aparan əməkdaşlarına hücum olub, xəsarət yetirilib, texnikaları əllərindən alınıb. Dövlət televiziyası bununla bağlı bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, AzTV-nin əməkdaşları Fransada çəkiliş apararkən hücuma məruz qalıblar. Nəticədə müxbir və operator yüngül bədən xəsarətləri alıblar, çəkiliş kamerası isə əllərindən alınaraq sındırılıb. Əməkdaşlar kameranı geri tələb edərkən onları silahla hədələyiblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO