Dövlət Departamenti: “Qarabağdakı son hadisələr Azərbaycan-Ermənistan danışıqlarına təsir etməyib”

Dövlət Departamenti: “Qarabağdakı son hadisələr Azərbaycan-Ermənistan danışıqlarına təsir etməyib”

Hazırda oxunan: Dövlət Departamenti: “Qarabağdakı son hadisələr Azərbaycan-Ermənistan danışıqlarına təsir etməyib”

143730

“Qarabağdakı yeni toqquşmalar Vaşinqtonda Azərbaycan Xarici İşlər Nazirliyinin rəhbəri Ceyhun Bayramovla ermənistanlı həmkarı Ararat Mirzoyanın danışıqlarının dayandırılmasına səbəb olmayıb”. 

Bizim.Media TASS-a istinadən xəbər verir ki, bunu keçirdiyi brifinqdə Dövlət Departamentinin Mətbuat Xidmətinin rəhbərinin müavini Vedant Patel bildirib. 

“Görüşlərin qrafikində heç bir dəyişiklik yoxdur. Bununla bağlı sabah mətbuata hər hansı açıqlamaya dair öncədən bir söz deyə bilmərəm. Amma hər şey planlaşdırıldığı kimi davam edəcək”, - deyə o bəyan edib. 
ABŞ rəsmisi vurğulayıb ki, Azərbaycan və Ermənistan Xarici İşlər rəhbərləri arasında dünənki danışıqlar konstruktiv keçib. 

“Birləşmiş Ştatlar tərəflərə buna nail olmaqda kömək etməyə sadiqdir və dövlət katibi Blinken sülh prosesində birbaşa iştirak edir. Birbaşa dialoq problemlərin həlli və davamlı və layiqli sülhə nail olmaq üçün açardır. Xarici işlər nazirləri ilə dünənki görüşlər konstruktiv keçib. Biz bu gün və sabah sülh danışıqlarını davam etdiririk”, - Patel qeyd edib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO