Xəzər rayonu ərazisindəki çimərlikdə avtoxuliqanlıq edən şəxs məhkəməyə çıxarılıb.
Bizim.Media xəbər verir ki, bu barədə “Qafqazinfo”ya Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin baş inspektoru Araz Əsgərli məlumat verib.
A. Əsgərli bildirib ki, Xəzər Rayon Məhkəməsinin qərarı ilə 21 yaşlı Rəşad Heydərzadə İnzibati Xətalar Məcəlləsinin 511.1.3-cü (avtoxuliqanlıq) maddəsi ilə təqsirli bilinərək 15 sutka inzibati qaydada həbs olunub. Bundan başqa o, 1 illik sürücülük hüququndan məhrum edilib.
Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə R. Heydərzadənin çimərlik ərazisində “VAZ-2107” markalı avtomobillə avtoxuliqanlıq etdiyini əks etdirən videogörüntülər yayılıb.
Bizim.Media
- A-
- A
- A+
Cəmiyyət
18:00 / 28.06.2023
Çimərlikdə avtoxuliqanlıq edən şəxsə bu cəza verildi - VİDEO
Hazırda oxunan: Çimərlikdə avtoxuliqanlıq edən şəxsə bu cəza verildi - VİDEO
Hazırda oxunan: Çimərlikdə avtoxuliqanlıq edən şəxsə bu cəza verildi - VİDEO
143695
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.