Gəncədə baş verən qətllə bağlı PROKURORLUQDAN AÇIQLAMA

Gəncədə baş verən qətllə bağlı PROKURORLUQDAN AÇIQLAMA

Hazırda oxunan: Gəncədə baş verən qətllə bağlı PROKURORLUQDAN AÇIQLAMA

143661

İyunun 28-si, saat 11 radələrində Gəncə şəhəri, N.Nərimanov prospektində yerləşən iaşə obyektlərindən birində 1986-cı il təvəllüdlü Kamil Cəfərovun kəsici-deşici xəsarətlərdən ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı Gəncə şəhər prokurorluğu yayıb.
 

MÖVZU İLƏ BAĞLI:

Gəncədə 19 yaşlı gənc 35 yaşlı kişini qətlə yetirdi - TƏFƏRRÜAT


Prokurorluq əməkdaşları tərəfindən hadisə yeri və meyit müayinə olunmaqla digər prosessual hərəkətlər aparılır. 

Fakta görə Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Cinayət əməlini törətməkdə şübhəli bilinən şəxsin məsuliyyətə cəlb olunması istiqamətində zəruri tədbirlər davam etdirilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO