Bakıda güləş üzrə olimpiya lisenziyalı turnir keçiriləcək

Bakıda güləş üzrə olimpiya lisenziyalı turnir keçiriləcək

Hazırda oxunan: Bakıda güləş üzrə olimpiya lisenziyalı turnir keçiriləcək

143650

Dünya Güləş Birliyinin (UWW) İcraiyyə Komitəsinin iclası keçirilib.

Bizim.Media xəbər verir ki, tədbirin yekununda gələn il keçiriləcək lisenziya turnirlərini təşkil edəcək şəhərlər müəyyənləşib. 

Aprelin 4-dən 7-dək keçirilməsi nəzərdə tutulan Avropa Olimpiya Təsnifat turnirinin təşkilinə namizədliyini irəli sürən şəhərlər Bakı, Tbilisi, Roma, Skopye və Varşava idi. Yekunda paytaxtımız bu məsul yarışı keçirməyə haqq qazanıb. 

Beləliklə, apreldə Avropa güləşçiləri məhz Bakıda keçiriləcək yarışda hər olimpiya çəkisində 2 lisenziya uğrunda mübarizə aparacaq. Bu yarışın Milli Gimnastika Arenasında keçirilməsi nəzərdə tutulub. 

İclasda qəbul edilən digər qərarlara əsasən, Pan-Amerikan Təsnifat turniri 15-17 martda Akapulkoda (Meksika), Afrika-Okeaniya Təsnifat turniri 22-24 martda Qahirədə (Misir), Asiya Olimpiya Təsnifat turniri isə 12-14 apreldə Bişkekdə (Qırğızıstan) baş tutacaq. 

Bütün qitə təsnifat yarışlarında hər çəkidə 2 güləşçi Paris-2024-də iştirak hüququ qazanacaq. Yalnız son lisenziya yarışı sayılan Dünya Olimpiya Təsnifat turnirində hər çəkidə 3 idmançı Olimpiadaya vəsiqə əldə edəcək. Bu yarış isə mayın 9-dan 12-dək İstanbulda keçiriləcək. 

Xatırladaq ki, güləşdə ilk lisenziya yarışı bu il 16-24 sentyabrda Serbiyanın paytaxtı Belqradda təşkil ediləcək dünya çempionatıdır.

Mundialda hər olimpiya çəkisində 5 güləşçi ölkəsinə lisenziya qazandıracaq. Ümumilikdə DÇ-də 90, qitə təsnifat turnirlərində 144 (hər birində 36), nəhayət Dünya Təsnifat turnirində 54 olimpiya vəsiqəsi öz sahibini tapacaq.

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO