ABŞ-dan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə REAKSİYA  

ABŞ-dan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə REAKSİYA  

Hazırda oxunan: ABŞ-dan Azərbaycan və Ermənistan XİN başçılarının görüşünə REAKSİYA  

143602

“ABŞ Azərbaycan və Ermənistanın sülh prosesində səmərəli iştirak etmək üçün son səylərini alqışlayır”. 

Bizim.Media xəbər verir ki, bunu ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu gün keçirdiyi brifinqdə deyib. 
 

MÖVZU İLƏ BAĞLI:

Ceyhun Bayramov-Mirzoyan danışıqları 3 gün DAVAM EDƏCƏK 


Miller qeyd edib ki, ABŞ bu həftə danışıqları asanlaşdırmaq üçün Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan və Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovu qəbul etməkdən məmnundur, çünki onlar Cənubi Qafqaz regionunun sülhsevər gələcəyə doğru səylərini davam etdirirlər. 

“ABŞ Ermənistan və Azərbaycanın sülh prosesində məhsuldar iştirak etmək üçün son səylərini alqışlayır, və biz bu prosesi inkişaf etdirmək üçün onlara hər cür köməkliyi göstərməyə davam edəcəyik. Bu gün cümə axşamına qədər davam edəcək görüşlərin ilk günü olub". 

Qeyd edək ki, bu gün ABŞ-da start götürən Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşünün 29 iyuna qədər davam edəcəyi gözlənilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO