Məşhur portuqaliyalı məşqçi Qətər klubu ilə müqavilə bağladı

Məşhur portuqaliyalı məşqçi Qətər klubu ilə müqavilə bağladı

Hazırda oxunan: Məşhur portuqaliyalı məşqçi Qətər klubu ilə müqavilə bağladı

143475

Leonardu Jardim Qətərin “Əl- Rayan” klubunun baş məşqçisi təyin olunub.

Bizim.Media xəbər verir ki, portuqaliyalı mütəxəssislə 2 illik müqavilə bağlanıb.  

Jardim son illərdə Ərəb ölkələrində fəaliyyət göstərirdi. O, 2021-2022-ci illər mövsümündə “Əl Hilal”ın, ötən il isə “Şabab Əl Əhli”ni çalışdırıb. Jardim məşqçi kimi ən böyük uğurlarını “Monako”da işləyərkən əldə edib.  

“Knyazlıq komandası” 20162017 mövsümündə Fransa çempionu olub və ÇL-də yarımfinala kimi irəliləyib. Jardim “Monako”dan ayrıldıqdan sonra bir müddət işsiz qalıb. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO