SOCAR

SOCAR "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri"ndəki iştirak payını satdı

Hazırda oxunan: SOCAR "Şahdəniz" və "Cənubi Qafqaz Boru Kəməri"ndəki iştirak payını satdı

143290

Dövlət Neft Şirkəti (SOCAR) "Şahdəniz" Hasilatın Pay Bölgüsü Sazişindəki 14,35 %-lik iştirak payını "Cənub Qaz Dəhlizi Upstream" MMC-yə satıb.

Bizim.Media bu barədə SOCAR-a istinadən xəbər verir.
 

MÖVZU İLƏ BAĞLI:

SOCAR-ın ötənilki xalis mənfəəti 9 milyard manatı ötüb


Məlumata görə, şirkət həmçinin Cənubi Qafqaz Boru Kəmərindəki 14,35 %-lik iştirak payını "Cənub Qaz Dəhlizi Midstream" MMC-yə ötürüb.

Qeyd edək ki, "Şahdəniz" perspektiv sahəsinin kəşfiyyatı, işlənməsi və hasilatın pay bölgüsü haqqında saziş 1996-cı il iyunun 4-də imzalanıb. "Şahdəniz" üzrə hasilatın pay bölgüsü (PSA) sazişi 17 oktyabr 1996-cı ildə ratifikasiya olunub. Bakıdan 70 km cənub-şərqdə yerləşən yataq 1999-cu ildə kəşf olunub.

Hazırda “Şahdəniz”də iştirak payları belədir: bp (operator – 29,99%), Cənub Qaz Dəhlizi (21,02 %), “LUKOYL” (19,99 %), TPAO (19,00%) və NİKO (10,0%).

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO