15 ailəni doğma yurda qaytaran köç karvanı Laçına çatdı - FOTO

15 ailəni doğma yurda qaytaran köç karvanı Laçına çatdı - FOTO

Hazırda oxunan: 15 ailəni doğma yurda qaytaran köç karvanı Laçına çatdı - FOTO

143284

53 nəfərdən ibarət daha 15 ailə Laçına köç edib. 

Bizim.Media-nın Qarabağ bürosu xəbər verir ki, Laçından məcburi köçkün düşmüş sakinlərin 15 ailəsi də artıq doğma yurda çatıb. 

Məcburi köçkünlük illərini geridə qoyan laçınlılara yenidən qurulan Laçın şəhəri haqqında məlumat verilib. Onlar tikinti-quruculuq işlərindən sonra dirçələn şəhəri seyr ediblər. 
Qeyd edək ki, bununla da Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq Böyük Qayıdış çərçivəsində keçmiş məcburi köçkünlərin bərpa edilən və yenidən qurulan Laçın şəhərinə 70 ailə - 266 nəfər qayıdış edib. 










Elgün Gəncimsoy, Bizim.Media, Qarabağ bürosu

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO