Fazil Mustafa 24 medal qazanan atletlərimizin uğurlarından YAZDI  

Fazil Mustafa 24 medal qazanan atletlərimizin uğurlarından YAZDI  

Hazırda oxunan: Fazil Mustafa 24 medal qazanan atletlərimizin uğurlarından YAZDI  

143270

“Bu ilin 15-25 iyun tarixində Almaniyanın paytaxtı Berlin şəhərində keçirilən Dünya Xüsusi Yay Olimpiya Oyunlarında Azərbaycan Xüsusi Olimpiya komandası 6 qızıl, 5 gümüş və 13 bürünc medal qazanıb. Bu yarışlara dünyanın 200 ölkəsi qatılıb və toplamda 24 medal qazanan atletlərimiz MDB məkanında ən yüksək nəticə göstəriblər”.

Bizim.Media xəbər verir ki, bu fikirləri özünün Facebook səhifəsində Azərbaycan Xüsusi Olimpiya Komitəsinin prezidenti Fazil Mustafa yazıb.

Millət vəkili xatırladıb ki, 4 il öncə Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilən olimpiya oyunlarında da komandamız 6 qızıl, 10 gümüş, 9 bürünc medal qazanmışdı:

“Bu stabil nəticəni Əbu-Dabidə 65 idmançı, Berlində isə 49 idmançı 10 idman növündə əldə edib. Atletlərimizin böyük əksəriyyəti təhsil sistemimizin tam orta, inklüziv, xüsusi yardımçı məktəb və internatların şagirdlərindən ibarətdir. Komandamızın uğurunda ən böyük pay sahibi olan Azərbaycan Xüsusi Olimpiya Komitəsinin sədri Şahin Əliyev, komitənin məsul şəxsləri və fədakar müəllim-məşqçilərimizdir”.

O, bu yarışlarda Azərbaycanın adını yüksəldən, sağlamlığı məhdud olsa da qəlbi və iradəsi məhdud olmayan atletlərimizə və onları qələbə üçün təşkilatlandıran və ruhlandıran nümayəndə heyətinə təşəkkür edib:
“İnanılmaz çətin şərtlərdə və subyektiv maneələrlə qarşılaşmamıza baxmayaraq komandamız böyük iradə nümayiş etdirib. Səhhətimdə yaranmış problemlərlə bağlı bu ilki Yay Xüsusi Olimpiya oyunlarında iştirakımı təxirə salmağa məcbur olsam da, idmançılarımızın bütün yarışlarını həyəcanla izləyirdim və nəticələrə sevinirdim. Bu yarışlarda komandamızın uğurlarını işıqlandıran AzTV, İTV, Xəzər, ATV və başqa media quruluşlarına da təşəkkürümü bildirirəm.

Əqli sağlamlığı məhdud bu insanlara daha da diqqətimizi artırmaq, onların sosiallaşması imkanlarını genişləndirmək üçün idman ən vacib vasitələrdən biridir. Xüsusi Olimpiya hərəkatının da məqsədi budur”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO