Qarabağın etnik erməniləri bu gün Laçın buraxılış məntəqəsindən keçərək İrəvana getdilər - VİDEO

Qarabağın etnik erməniləri bu gün Laçın buraxılış məntəqəsindən keçərək İrəvana getdilər - VİDEO

Hazırda oxunan: Qarabağın etnik erməniləri bu gün Laçın buraxılış məntəqəsindən keçərək İrəvana getdilər - VİDEO

143267

Bu gün Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Qarabağın erməni sakinlərini Laçın sərhəd-buraxılış məntəqəsindən keçməklə Ermənistana aparmasının görüntüləri yayılıb.

Bizim.Media xəbər verir ki, erməni sakinlər məntəqədə sənədləri yoxlanıldıqdan sonra heç bir maneəsiz Ermənistana gediblər.

Qeyd edək ki, BQXK-ya məxsus tibbi yardım maşınları 15 xəstəni də Ermənistana aparıb. Eyni zamanda, Ermənistana müalicəyə göndərilmiş 16 nəfər bu gün BQXK-in müşayiəti ilə Xankəndiyə qaytarılacaq.

Xatırladaq ki, Ermənistan tərəfi dəfələrlə Laçın-Xankəndi yolunun bağlanması və Qarabağda yaşayan ermənilərə qarşı guya humanitar böhranın yaranması barədə saxta iddialar irəli sürüb. 

Buna baxmayaraq, ərazidə baş verənlər onu göstərir ki, bəzi dairələrin iddia etdiyi kimi yol bağlı deyil. Sadəcə, Ermənistanın son təxribatı ilə bağlı istintaq tədbirləri həyata keçirilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO