İran-Azərbaycan sərhədini pozanlar SAXLANILDI

İran-Azərbaycan sərhədini pozanlar SAXLANILDI

Hazırda oxunan: İran-Azərbaycan sərhədini pozanlar SAXLANILDI

143242

İran-Azərbaycan sərhədini pozanlar saxlanılıb.

Dövlət Sərhəd Xidmətindən Bizim.Media-ya verilən məlumata görə, iyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti və Daxili İşlər Nazirliyi əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.

Qeyd olunan tarixdə saat 07:00-da Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan İslam Respublikası vətəndaşı Amiri Məcid İran İslam Respublikasından Azərbaycan Respublikası istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO