Xarici diplomatların Qarabağa səfəri başa çatıb - FOTO 

Xarici diplomatların Qarabağa səfəri başa çatıb - FOTO 

Hazırda oxunan: Xarici diplomatların Qarabağa səfəri başa çatıb - FOTO 

143175

Azərbaycanda akkreditə olunmuş elmi korpusun nümayəndələrinin Qarabağa səfəri başa çatıb.

Bizim.Media xəbər verir ki, səfər işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma işləri ilə tanış olmaq məqsədilə həyata keçirilib.

Nümayəndə heyətinə 60-a yaxın diplomat və hərbi attaşe, o cümlədən, 10 təşkilatın nümayəndəsi daxildir.

Səfər çərçivəsində xarici diplomatlar Azərbaycan və Ermənistan arasında Laçın sərhəd-keçid məntəqəsinin yerləşdiyi körpüyə gəliblər. Onlara Ermənistanın son təxribatları, nəticədə azərbaycanlı sərhədçinin yaralanması barədə məlumat verilib. 

Sonrakı qonaqlar Laçında enerji bərpa işləri ilə tanış olublar. 1 dekabr küçəsində tikilmiş birinci yaşayış məhəlləsinə baxılıb, oraya qayıdan sakinlərlə söhbət aparılıb. 

Diplomatik korpus təmsilçiləri tikilməkdə olan Aqrar-Sənaye Parkında və Laçın Bulvarında da olublar. 

Səfərin sonunda xarici diplomatlar və hərbi attaşelər Zabux və Ağalı kəndlərində olublar. 







Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO