Rusiyada çevrilişə cəhd göstərən \

Rusiyada çevrilişə cəhd göstərən \"Vaqner\"in tarixçəsi

Hazırda oxunan: Rusiyada çevrilişə cəhd göstərən \"Vaqner\"in tarixçəsi

143111

Xəbər verdiyimiz kimi, dünən gecədən etibarən Rusiya Ordusu ilə "Vaqner" quruplaşması arasında qarşıdurma yaşanır. "Vaqner" Rusiyanın elit qüvvələrindən hesab edilir. Quruplaşma haqda nələr bilirik? 

Bizim.Media operativmm.az-a istinadən "Vaqner" qruplaşması haqda araşdırmanı təqdim edir: 

"Vaqner" Rusiyanın hərbiləşdirilmiş təşkilatıdır. O, müxtəlif şəkildə özəl hərbi təşkilat, muzdlular şəbəkəsi və ya Rusiya prezidenti Vladimir Putinin faktiki şəxsi ordusu kimi hesab edilir. 

Qrup Rusiyada qanundan kənar fəaliyyət göstərir. Rusiyada özəl hərbi təşkilatların fəaliyyəti qadağan olunduğu üçün şirkət 2016-cı ildən Argentina qeydiyyatına alınıb. "Vaqner" Qrupunun özü ideoloji yönümlü olmasa da, "Vaqner"in müxtəlif elementləri neonasistlər və ifrat sağçı ekstremistlərlə əlaqələndirilib. 
"Vagner" 2010-cu illərin əvvəllərində keçmiş "GRU Spetsnaz" polkovnik-leytenantı Dmitri Utkin tərəfindən yaradıldığı qeyd edilir. 2016-cı ilin əvvəlinə 1000, 2017-ci ilin dekabrına olan məlumata görə, 6000-dən çox üzvü var. 

"Vaqner" Rusiyanın maraqlarını dəstəkləmək üçün fəaliyyət göstərdiyindən, Rusiya Müdafiə Nazirliyindən (MN) hərbi texnika əldə etdiyinə və təlim üçün MN qurğularından istifadə etdiyinə görə, o, çox vaxt MN və ya Rusiyanın hərbi kəşfiyyat idarəsinin faktiki bölməsi hesab olunur. 

Qrupun əsas investorunun Rusiya prezidenti Vladimir Putinlə yaxın əlaqələri olan iş adamı Yevgeni Priqojin olduğu bildirilir. Onlar ilk dəfə 2014-cü ildə Krım böhranı zamanı meydana çıxıb və yarımadanın qansız və səssiz ilhaqı zamanı rus qoşunları ilə birlikdə hərəkət ediblər. 
Krımın ilhaqından sonra Donbass müharibəsində separatçı qüvvələri dəstəkləyiblər. 2015-ci ilin oktyabrında Rusiyanın Suriyada başlatdığı hərbi əməliyyatdan sonra onlar Suriya hökumət qüvvələrinə qoşulublar. 

2018-ci ildən etibarən qrup İkinci Liviya Vətəndaş Müharibəsində Xəlifə Haftarın qüvvələri ilə döyüşür. 

Təşkilatın Argentinada qeydiyyatdan keçdiyi və Sankt-Peterburq və Honq Konqda ofislərinin olduğu iddia edilir. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO