Rostovda “Vaqner”in tankı hərbi qərargahın yolunu BAĞLADI - VİDEO 

Rostovda “Vaqner”in tankı hərbi qərargahın yolunu BAĞLADI - VİDEO 

Hazırda oxunan: Rostovda “Vaqner”in tankı hərbi qərargahın yolunu BAĞLADI - VİDEO 

143084

“Vaqner” özəl hərbi şirkətinin Rostov-na-Donuya yeritdiyi hərbi texnikanın görüntüləri üzə çıxıb.

Bizim.Media xəbər verir ki, videoların birində Rostovda sirkin darvazasına ilişən tank əks olunub. 

“Baza” “Telegram” kanalı öz mənbələrinə istinadla bildirib ki, tank Rostov sirkinin qapılarında ilişib qalmayıb, sadəcə, sirkin yanındakı Cənub Hərbi Dairəsinin qərargahının fasadlarından birini bilərəkdən bağlayıb. 

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb.
Rusiya MN isə bu iddianı təkzib edib. Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib. 

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO