Putin xalqa MÜRACİƏT EDƏCƏK 

Putin xalqa MÜRACİƏT EDƏCƏK 

Hazırda oxunan: Putin xalqa MÜRACİƏT EDƏCƏK 

143055

Rusiya Prezidenti Vladimir Putin bu gün yerli vaxtla saat 09.00-da xalqa müraciət edəcək. 

Bizim.Media xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat xidməti məlumat yayıb. 

V.Putinin müraciətinin mətni və mövzusu barədə məlumat açıqlanmayıb. 

Qeyd edək ki, ''Vaqner'' hərbi təşkilatı gecə saatlarında Ukraynadakı mövqelərini tərk edərək Rusiya ərazisinə daxil olub. Təşkilatın rəhbəri Yevgeni Priqojin bu addıma səbəb kimi ''Vaqner''in düşərgələrinə raket hücumunun həyata keçirilməsini göstərib. Priqojin hücumun Rusiya MN-nin bölmələri tərəfindən edildiyini yazıb.
Rusiya MN isə bu iddianı təkzib edib. Rusiya Baş Prokurorluğu tərəfindən Priqojinə silahlı üsyana təhrik maddəsi ilə cinayət işi açılıb. Bu gün səhər saatlarında isə Rostov şəhəri və Cənub Hərbi Dairəsi Qərargahı “vaqnerçi”lər tərəfindən ələ keçirilib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO