Neftçalada qatar yük maşınını vurub - Ölən var 

Neftçalada qatar yük maşınını vurub - Ölən var 

Hazırda oxunan: Neftçalada qatar yük maşınını vurub - Ölən var 

143001

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Neftçala rayonunun Qaçaqkənd kəndində dəmiryolu keçidində yük qatarı və yük avtomobilinin toqquşması nəticəsində sürücünün avtomobilin altında qalması barədə məlumat daxil olub. 

Bizim.Media xəbər verir ki, bu barədə FHN-dən bildirilib. 

Məlumatla əlaqədar FHN-nin Muğan Regional Mərkəzinin xilasetmə qüvvələri çağırış üzrə cəlb olunub. 

Həyata keçirilən tədbirlər nəticəsində sürücünün meyiti nəqliyyat vasitəsinin altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO