“Azərsun Holdinq”dən 13 milyonluq ZƏRƏR – HESABAT  

“Azərsun Holdinq”dən 13 milyonluq ZƏRƏR – HESABAT  

Hazırda oxunan: “Azərsun Holdinq”dən 13 milyonluq ZƏRƏR – HESABAT  

142922

“Azərsun Holdinq” Məhdud Məsuliyyətli Cəmiyyəti 2022-ci ili 13 milyon 093 min 690 manat zərərlə başa vurub. 

Bizim.Media xəbər verir ki, şirkətin ötən ili əhatə edən hesabatında, mənfəət vergisi və təxirə salınmış vergi çıxıldıqdan sonra il üzrə xalis mənfəət 15 milyon 196 min 690 manat təşkil edib.  

2021-ci ildə isə bu vəsait 28 milyon 290 min 517 manat həcmində olub. Bu da onu göstərir ki, bir illik zərər 46 faizdən çoxdur.  

Qeyd edək ki, “Azərsun Holdinq”in təmiz gəlirləri ötən il 1 milyard 825 milyon 368 min 733 manat təşkil edib ki, bu da 2021-ci illə müqayisədə 32 milyon 956 min 201 manat və ya 20 faiz artım deməkdir. Bu gəlirlərdən mənfəətə daxil olan 465 milyon 081 min 535 manatı çıxdıqdan sonra 1 milyard 360 milyon 287 min 198 manat manat artıq qalır ki, bu da satışlarının və xidmətlərinin maya dəyərinə daxildir.  

2021-ci ildə isə bu dəyər 1 milyard 147 milyon 052 min 180 manat olub. Bu da onu görtərir ki, bir illik zərər 213 milyon 235 min 018 manat və ya 18 faizdən çoxdur.  
Ötən il şirkətin satış, paylama, inzibati, ümumi və digər maliyyə xərclərində kəskin artım olub. Belə ki, ötən il satış və paylama xərclərinin ümumi məbləği 100 milyon 114 min 201 manat, 2021-ci ildə isə 99 milyon 385 min 866 manat təşkil edib. Burdan da aydın olur ki, 1 illik xərc 728 min 335 manat artıb.  

İnzibati və ümumi xərclərində də kəskin artım qeydə alınıb. Belə ki, 2021-ci ildə bu vəsaitlər 238 milyon 083 min 978 manat, keçən il isə 311 milyon 131 min 100 manat olub ki, bu zərər nə az, nə çox 73 milyon 047 min122 manat və ya 23,48 faiz  çoxdur.  

Digər xalis maliyyə xərcləri də 2021-ci ildə 9 miyon 348 min 843 manat, 2022-ci ildə isə 11 milyon 460 min 526 manat təşkil edib.

Yəni bu xərclər 1 il ərzində 2 milyon 111 min 683 manat və 18,85 faiz çoxdur.  Ötən il asılı müssisələrə invesitiyadan ayrılan xalid mənfəət payı öncəki ildəki 427 min 803 manatla müqayisədə 316 min 220 manat və ya 74 faiz azalaraq 111 min 583 manat olub.  
MMC-nin digər xalis gəlirlərində də kəskin azalma baş verib. Belə ki, 2021-ci ildə bu vəsaitin ümumi həcmi 24 milyon 940 min 351 manat təşkil edirdisə, ötən il bu məbləğ birdən-birə 22 milyon 277 min 208 manat və ya 89,3 faiz azalaraq 2 milyon 663 min 143 manata düşüb. 


Rövşən Ziya, Bizim.Media

Etiketlər:
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO