Azərbaycanda İİV-ə yoluxmuş şəxslərin sayı AÇIQLANDI

Azərbaycanda İİV-ə yoluxmuş şəxslərin sayı AÇIQLANDI

Hazırda oxunan: Azərbaycanda İİV-ə yoluxmuş şəxslərin sayı AÇIQLANDI

142898

Azərbaycanda son 36 ildə İİV-ə yoluxmuş şəxslərin sayı açıqlanıb. 

Bizim.Media xəbər verir ki, bu barədə Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor müavini Günəş Cəfərova məlumat verib. 

Onun sözlərinə görə, dünyada İİV/QİÇS-ə qarşı aparılan mübarizə tədbirlərinə baxmayaraq, infeksiyanın yayılması hələ də davam etməkdədir:

"Region ölkələri ilə müqayisədə Azərbaycan İİV infeksiyasının yayılma göstəricisi ən aşağı olan ölkədir. Səhiyyə Nazirliyi tərəfindən aparılan işlər sayəsində risk qrupları arasında aparılan məqsədli fəaliyyət İİV-infeksiyasının yayılmasını təmərküzləşmiş mərhələdə saxlamağa imkan verib". 
 
G. Cəfərova vurğulayıb ki, Azərbaycanda bu infeksiya əsasən yoluxmaya yüksək riskli qruplar arasında yayılıb:

"Ümumilikdə, Azərbaycanda ilk dəfə İİV infeksiyasının aşkar edildiyi 1987-ci ildən 2022-ci ilin sonunadək, Respublika QİÇS-lə Mübarizə Mərkəzində 8563 İİV-lə yaşayan şəxs rəsmi qeydiyyatdadır. Onlardan 69,5%-i kişi, 30,5%-i qadındır".

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO