Üzeyir Mehdizadə: “Verilişlərə çağırıb, məni “vururlar”” - VİDEO  

Üzeyir Mehdizadə: “Verilişlərə çağırıb, məni “vururlar”” - VİDEO  

Hazırda oxunan: Üzeyir Mehdizadə: “Verilişlərə çağırıb, məni “vururlar”” - VİDEO  

142748

“Açıq etiraf edim ki, verilişlərə antipatiyam var”. 

Bizim.Media xəbər verir ki, bu sözləri müyxanaçı və müğənni Üzeyir Mehdizadə qonaq olduğu “Həmin Zaur” axşam şousunda deyib. 

Sənətçi bildirib ki, əvvəllər onu verilişlərə qonaq çağırıb “vurmağa” (gözdən salmağa – red.) çalışıblar: 

“Verilişlərə antipatiyamın səbəbi vaxtı ikən üstümə çox basqıların olmasıdır. Bəlkə də ondan travma almışam. Məni efirlərə çağırıb o qədər hadisələrlə üz-üzə qoyurdular ki... İndi də o şeylərin təsiri altındayam. Vuruşdurmurdular, sözün əsl mənasında məni vururdular.
Vuruşdurmaq iki tərəfli döyüşmək deməkdir. Efirə çağırıb əlimi-qolumu bağlayıb (məcazi mənada - red.) burada səni döyəcəklər. Belə verilişlər görən insanam. Verilişlərə gec-gec çıxmağımın bir növ səbəbi bunlardır”. 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO