Magistraturaya qəbulla bağlı qabiliyyət imtahanının nəticələri AÇIQLANDI

Magistraturaya qəbulla bağlı qabiliyyət imtahanının nəticələri AÇIQLANDI

Hazırda oxunan: Magistraturaya qəbulla bağlı qabiliyyət imtahanının nəticələri AÇIQLANDI

142714

Dövlət İmtahan Mərkəzi iyunun 21-də keçirilən ali təhsil müəssisələrinin magistratura səviyyəsinin 70-ci proqrama aid ixtisaslaşmalarına qəbul üzrə qabiliyyət imtahanının nəticələrini elan edib. 

Bu barədə Bizim.Media-ya Mərkəzdən bildirilib. 

Bakalavrlar imtahan nəticələri ilə verilən keçiddən tanış ola bilərlər. 

//eservices.dim.gov.az/erizemag/qabiliyyet 

İmtahan nəticələri ilə əlaqədar müraciətlərə baxılması üçün DİM tərəfindən Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında 23 iyun tarixində saat 10:00-dan 12:00-dək apellyasiya prosesi təşkil ediləcək.

Apellyasiya komissiyasına müraciət etmək istəyənlər göstərilən saatlarda təşkil olunacaq komissiyaya müraciət edə bilərlər. Həmin vaxt ərzində müraciət etməyənlər sonradan apellyasiya üçün ərizə təqdim edə bilməyəcəklər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO