Elşad Qarayev Şəbnəm Tapdığı canlı efirdə məsxərəyə qoydu – VİDEO 

Elşad Qarayev Şəbnəm Tapdığı canlı efirdə məsxərəyə qoydu – VİDEO 

Hazırda oxunan: Elşad Qarayev Şəbnəm Tapdığı canlı efirdə məsxərəyə qoydu – VİDEO 

142713

Müğənni Elşad Qarayev canlı efirdə Əməkdar artist Şəbnəm Tapdığı məsxərəyə qoyub.

Bizim.Media xəbər verir ki, Qarayev xanım həmkarı ilə qonaq olduğu “7 Canlı” axşam şousunda verilişin sonuna kimi onunla zarafat edib. Elşad qarmon ifaçısına “Şəbnəm xanımı tanıyırsan?” sualını verib.

O isə “Adını eşitmişdim, amma üzünü görməmişdim” cavabını verib. Şəbnəm isə ikilinin bu söhbətinə “Bunlar sövdələşiblər. Onlar zarafat edirlər, bilirəm”. Daha sonra Qarayev Tapdıqdan “Çilə bül-bül” mahnısını oxumasını istəyib.
Şəbnəm isə səsim yerimdə deyil dəsə də, “Uzun incə bir yoldayım” mahnısını zümzümə etməyə başlayıb və sonra “Atam məni qətiyyən oxumağa qoymurdu” sözlərini dilə gətirib. Bu anda isə Elşad Şəbnəmə “Özünü ələ al” söyləyib.

Tapdıq isə “Nə olub? Mən ağlayıram ki?” deyib. Qarayev isə “Elə bildim, gözün dolub” cavabını verib. Bunun qarşılığı olaraq Şəbnəm Elşada acıqlanaraq “Yekə oğlansan, səhərdən zarafat-zarafat edirsən” fikrini bildirib.

Sözügedən kadrlar sosial şəbəkədə yayılaraq müzakirə predmetinə çevrilib. İzləyicilər Elşad Qarayevin bu hərəkətini xoş qarşılamayaraq onu tənqid ediblər. Verilişdə yer alan həmin görüntüləri sizə təqdim edirik: 
 

Rəşad Əliyev, Bizim.Media
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO