Neft ixracı hesabatındakı fərqli rəqəmlərlə bağlı Gömrük Komitəsindən AÇIQLAMA 

Neft ixracı hesabatındakı fərqli rəqəmlərlə bağlı Gömrük Komitəsindən AÇIQLAMA 

Hazırda oxunan: Neft ixracı hesabatındakı fərqli rəqəmlərlə bağlı Gömrük Komitəsindən AÇIQLAMA 

142704

Məlum olduğu kimi, bir neçə gün öncə Dövlət Gömrük Komitəsinin rüblük hesabatında neft ixracı ilə bağlı rəqəmlərdə təzadların olması ilə bağlı məqalə dərc etmişdik.

Belə ki, Dövlət Gömrük Komitəsi Azərbaycanın 2023-cü ilin yanvar-may aylarında həyata keçirdiyi xarici ticarət əməliyatları ilə bağlı rüblük hesabatında göstərir ki, bu dövr ərzində Azərbaycandan 18 ölkəyə ümumilikdə 11 milyon 752 min 575.69 ton həcmində və 7 milyard 220 milyon 253.42 min dollar dəyərində xam neft ixrac edib. 

Ötən ilin eyni dövründə isə bu ixracın ümumi həcmi 11 milyon 383 min 684.99 ton, dəyəri isə 8 milyard 058 milyon 720.31 min dollar səviyyəsində olub.

Burdan da aydın olur ki, bir il ərzində ixracın həcmində 368 min 890,7 ton və ya 3,14 artım, dəyərində isə 838 milyon 466,89 min dollar və ya 10,41 faiz azalma baş verib. 

Qeyd edək ki, bundan bir neçə gün əvvəl Energetika Nazirliyi də açıqladığı aylıq hesabatında cari ilin 5 ayı ərzində xam neft ixracının 10,6 milyon ton olduğunu bildirilib.

Bu günlərdə Dövlət Statistika Komitəsi cari dövrdə neft ixracının təxminən 9 faiz azaldığını açıqlayıb. 

Hətta Azərbaycanda fəaliyyət göstərən xarici neft şirkətləri də son 3 ildə neft həcmlərinin böyük templə azaldığını qeyd edirlər. 

Həm DGK-nin, həm də EN-nin hesabatlarına nəzər yetirdikdə, neft hasilatı və ixracı arasında 1,5 milyon tonluq fərq ortaya çıxır.

Mövzu ilə bağlı Bizim.Media-nın sorğusuna cavab olaraq Dövlət Gömrük Komitəsindən bildirilib ki, xam neftin ixracı ilə bağlı məlumat xarici ticarətin gömrük statistikasının metodologiyasına uyğun olaraq hazırlanıb:
 

MÖVZU İLƏ BAĞLI:

Gömrük Komitəsinin neft ixracı ilə bağlı hesabatında bir-birinə uyğun gəlməyən RƏQƏMLƏR – ARAŞDIRMA 


“Dövlət Gömrük Komitəsinin məlumatları xarici ticarət iştirakçıları tərəfindən, gömrük rəsmiləşməsinə dair zəruri təsdiqedici sənədlərlə birlikdə təqdim edilən və hesabat dövründə rəsmiləşməsi tam başa çatmış gömrük bəyannamələrinin  göstəriciləri əsasında hazırlanır.

Eyni zamanda, bu ilin 5 ayı ərzində yuxarıda qeyd etdiyimiz 11,7 milyon həcmində və 7,2 milyard ABŞ dolları dəyərində xam neftin ixracının bu qaydalara uyğun şəkildə rəsmiləşdirildiyi təsdiq olunub. 

Həmin xam neftin hasil olma vaxtına dair konkret məlumatların əldə edilməsi gömrük rəsmiləşdirilməsi prosesi ilə birbaşa əlaqəli deyil. 

Həmçinin, xam neftin dünya bazar qiymətlərinin volatilliyi eyni həcmdə xam neftin fərqli dövrlərdə müxtəlif dəyərlə ixrac olunmasına və fərqli valyuta daxilolmalarına səbəb ola bilər”.

Rövşən Ziya, Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO