Klublarımızın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLDU 

Klublarımızın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLDU 

Hazırda oxunan: Klublarımızın Konfrans Liqasındakı rəqibləri BƏLLİ OLDU 

142578

Bu gün Konfrans Liqasının II təsnifat mərhələsinin püşkü atılıb.  

Bizim.Media xəbər verir ki, İsveçrənin Nyon şəhərində Bakı vaxtı ilə saat 15:00-da başlayıb.  

Mərasimdə “Neftçi”, “Qəbələ” və “Sabah”ın rəqibləri bəlli olub. “Neftçi” “səpələnmişlər”, “Sabah” və “Qəbələ” isə “səpələnməmişlər” sırasında yer almışdı. 

İkinci təsnifat mərhələsində 90 komanda iştirak edəcək ki, onlardab 59-nun adına aydınlıq gəlib.

Digər 31 komanda isə I təsnifat mərhələsinin nəticələrinə əsasən məlum olacaq. 

Beləliklə, “Neftçi” ilk cəhdində “Jelezniçar” (Bosniya və Herseqovina) – “Dinamo” (Minsk, Belarus) cütünün qalibi ilə üz-üzə gələcək. “Qəbələ” Kiprin “Omoniya” komandasına rəqib olub.

“Sabah”ı isə “Makedoniya” (Şimali Makedoniya) – RFS (Latviya) cütünün qalibi ilə duellər gözləyir. 

Onu da bildirək ki, II təsnifat mərhələsinin ilk oyunları iyulun 27-də, cavab görüşləri isə avqustun 3-də keçiriləcək. 

Rəşad Rafiqoğlu, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO