İyunun 21-də saat 01:30-da Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyi (DİN) əməkdaşlarının keçirdiyi birgə əməliyyat-axtarış tədbirləri nəticəsində Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində 1986-cı il təvəllüdlü Lənkəran rayon sakini Eyvazov Elgün Namiq oğlu İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Bu barədə Bizim.Media-ya DSX-nin Mətbuat Mərkəzindən məlumat verilib.
Bildirilib ki, qeyd olunan tarixdə saat 07:00-da Xidmətin Sərhəd Qoşunlarının “Göytəpə” sərhəd dəstəsinin xidməti ərazisində 1995-ci il təvəllüdlü Əfqanıstan vətəndaşı Amiri Məcid İrandan Azərbaycan istiqamətində dövlət sərhədini pozarkən saxlanılıb.
Qeyd olunan faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.
Bizim.Media
![DSX və DİN-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO DSX və DİN-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO](https://bizim.media/file/articles/2023/06/21/1687336265_1687238839_1687110717_wind_011221.jpg)
- A-
- A
- A+
Region
12:26 / 21.06.2023
DSX və DİN-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO
Hazırda oxunan: DSX və DİN-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO
Hazırda oxunan: DSX və DİN-dən İranla sərhəddə ƏMƏLİYYAT: Saxlanılanlar var – FOTO
142537
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.