Rusiyadan qaçan ukraynalı müğənni:

Rusiyadan qaçan ukraynalı müğənni: "Bütün pullarımı xərcləmişəm" - FOTO

Hazırda oxunan: Rusiyadan qaçan ukraynalı müğənni: "Bütün pullarımı xərcləmişəm" - FOTO

142499

Ukraynanın Əməkdar artist Svetlana Loboda səhhəti və səhnə fəaliyyəti ilə bağlı müzakirələrə səbəb olan açıqlamalar verib. 

Bizim.Media xəbər verir ki, Avropada bir il yaşadıqdan sonra maddi çətinliklərlə üzləşən sənətçi keçirdiyi stressdən 6 kiloqramdan çox çəki ataraq, arıqladığını bildirib.  

VIA Gra qrupunun keçmiş solisti 2014-cü ildə Ukraynadan Rusiyaya köçüb və uğurlu solo karyera quraraq məşhurluğun zirvəsinə qalxsa da adıçəkilən iki ölkə arasında başlanan müharibə ulduzun həyatını “qara əskiyə” büküb, desək heçdə yanılmarıq.   

Xüsusi hərbi əməliyyat başlayandan sonra, keçən il fevralın sonunda müğənni qızları Eva və Tilda ilə birlikdə Latviyaya köçüb və Rusiyaya bir daha qayıtmayacağını bəyan edib. Bu hadisələr stressə və yaradıcı böhrana səbəb olub və bütün bunların fonunda Svetlana arıqlayıb. 
“Çox çətinliklə gəldiyim “Olimpdən” ayrıldığımı anladım. 6 kiloqram arıqlamışam, 48 kiloqram çəkim var idi. Xoşagəlməz görünürdüm. Hansısa məqamda anladım ki, mən buz parçası kimi əriyirəm, sanki heç yoxam. Zamanla mahnı yazdırmağa və ifa etməyə başladım. Konsertlərdən sonra hiss etdim ki, yenidən həyata qayıdıram. Sənətkar üçün ən vacibi onun lazım olduğunu hiss etməkdir. Çünki ən pisi sənin unudulduğun və heç kimə lazım olmadığın zamandır”, - deyə ifaçı vurğulayıb.  

40 yaşlı Svetlana Loboda Avropa və digər ölkələrdə konsertlər verməklə yanaşı, Kiyev vilayətində doğulduğu İrpinə və ukraynalı qaçqınlara maddi yardım göstərməkdə davam edir.

Son bir ildə müğənninin qazancı nəzərəçarpacaq dərəcədə azalıb, xərcləri artıb. 

“Bütün ili borcları geri qaytarmaq üçün çalışdım. Çox dərin stressə düşdüm. Toxunulmaz hesab etdiyim əmanətlərim var idi. Amma onları da xərclədim. Hələ də ümid edirəm ki, qarşıda böyük bir həyat var”. 

Qeyd edək ki, xüsusi hərbi əməliyyat başlayandan sonra müğənni Rusiya hərbçilərinin Ukraynadakı hərəkətlərini pislədiyi videomüraciət yayımlayıb.

“Özümü saxlaya və nə edəcəyimi bilmirəm. İnsanlar öldürülür, zirzəmilərdə gizlənməyə məcburdurlar, yeməyə heç nələri yoxdur, yanlarında kiçik uşaqlar var”. 

Bundan sonra müğənni Rusiyada arzuolunmaz ulduzlar siyahısına düşüb. 

Rəşad Əliyev, Bizim.Media







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO